Zeynab Xanlarova

Play Now

Zeynəb Yahya qizi Xanlarova 28 Dekabr 1936-ci ildə Bakıda anadan oldu. 1961-ci ildə A.Zeynallı adına Bakı musiqi məktəbinin S.Şuşinski sinifini bitirmişdir. 61-ci ildən M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrında solistidir. Burda o, Ü.Hacıbəyovun ‘Leyli və Məcnun’ və ‘Əsli və Kərəm’ operalarında Leyli və Əsli obrazlarını yaratmışdır. Xanəndə kimi geniş şöhrət qazanmış Xanlarovanın repertuarında ‘Şaxnaz’, ‘Qatar’, ‘Bayatı-Şiraz’, ‘Mahur’ kimi muğamlar, ‘şur’, ‘Çahargah’, ‘Dilkeş’ təsnifləri, xalq mahnıları, Azərbaycan bəstəkarlarının mahnıları ve Şərq xalqlarının mahnıları geniş yer tutur. Bunu da ifadə etməktə fayda var ki, Zeynəb Xanlarova Azərbaycan qadın xanəndələri içərisində ‘Çahargah’ muğamının ilk ifaçılarındandır.

Çıxışlarında rəqs elementlərindən geniş istifadə edən Xanlarovanın ifası üçün qaynatmalar, zəngülələr, yüksək artistizm və temperament səciyyəvidir. Onun, həmçinin bir sıra mahnıların müəllifidir. Sovetlərin müxtəlif şəhərlərində, Çexoslovakiyada, İspaniya, Kanada, Bulqarıstan, Macarıstan, Fransa, İtaliya, İsveç, İsveçrə, Danimarka, Türkiyə, İraq, Əfqanıstan, Yaponiya v.s. ölkələrdə konsertlər vermiş Xanlarovanın Azərbaycan xalq musiqisinin, eləcə də Azərbaycan bəstəkarlarınınmahnılarının populyarlaşmasında xidməti böyükdür.

Haqqında ‘Salam, Zeynəb !’ adlı sənədli televiziya film çəkilmişdir. 1975-ci ildə Azərbaycan Xalq Artisti, 80-ci ildə SSRİ Xalq Artisti ünvanları qazanmışdır. 1986-cı ildə ‘Melodiya’ musiqi şirkəti ona ‘Qızıl Valı’ təqdim etmişdir. Hal hazırda Azərbaycan Milli Məclisinin Deputatıdır.